XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2016 - 18:11

Obama və Putin G20 sammitində nələri müzakirə edib? –ABŞ prezidentindən açıqlama

Görüş

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə danışıqların detallarını açıqlayıb.

İki lider arasında danışıqlar, açıq, səmimi, işgüzar müstəvidə aparılıb və planlaşdırıldığından uzun sürüb. ABŞ prezidenti Suriya məsələsini müzakirə etdiklərini deyib: “Biz atəşkəsin bərpası rejiminin reallıqda necə görünə biləcəyi ilə bağlı məhsuldar danışıqlar apardıq. Bu, bizə əsas diqqəti İŞİD, “Cəbhat ən-Nüsra” kimi ümumi düşmənlərimizlə mübarizəyə yönəltməyə imkan verəcək”.

B. Obama əlavə edib ki, hər iki prezident xarici işlər nazirlərinə Suriya məsələsi üzrə razılaşmanın əldə olunması istiqamətində işi davam etdirməyi tapşırıb. (APA)