XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2016 - 19:48

ABŞ-ın Suriya və İraq əməliyyatı:Öldürülən hər amerikalı əsgərə görə 15 min İŞİD-çi məhv edilib

isid

ABŞ bombardmançılarının endirdiyi zərbələr nəticəsində Suriya və İraqda bu günə kimi 45 min İŞİD-çi öldürülüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki,  «The Independent»in yazdığına görə, bu, öldürülən hər amerikalı əsgərə görə 15 min İŞİD-çinin məhv edilməsi deməkdir.

Öldürülən İŞİD-çilər arasında qruplaşmanın ikinci adamı Əbu Əli əl-Anbari və «savaş naziri» kimi tanınan Əbu Umar əş-Şişani də var.

ABŞ prezidenti Barak Obama bildirib ki, amerikalı hərbçilərin uğurlu əməliyyatları nəticəsində İŞİD İraqda zəbt etdiyi ərazilərin 40 faizinə, Suriyada isə 10 faizinə nəzarəti itirib. 

Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2014-cü ilin yayından İraq və Suriyada İŞİD-ə aviazərbələr endirir.