XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2016 - 10:40

Fazil Məmmədov generalın oğlunu vəzifədən çıxardı –Vergilər Nazirliyində dəyişiklik

fazil-memmedov-vergi

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.

Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıkovu vəzifəsindən azad edib.

Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib. Hazırda vergilər nazirinin müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.

Məsələyə münasibət bildirən Vergilər Nazirliyindən isə "Report"a açıqlamada "Məhəmməd Sadıkov artıq Nazirliyin əməkdaşı deyil" – deyə, bildirilib.

Xatırladaq ki, Məhəmməd Sadıkov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Nəcməddin Sadıkovun oğludur.