XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2016 - 12:05

Azərbaycanın 3 ən reytinqli universiteti –"Quacquarelli Symonds"in siyahısı

azercell-telebe

Azərbaycanın üç ali məktəbi Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkətinin versiyasına görə 2016/17-ci illər üçün dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşüb. 

Reytinqə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti daxil olub. Hər üç universitet reytinqdə səkkizinci yüzlüyə düşüblər.

Reytinqə ABŞ-ın üç ali məktəbi – Massaçusets Texnoloji Universiteti, Stenford Universiteti və Harvard Universiteti liderlik edir. İlk onluğa Britaniyanın məşhur universitetləri – Oksford və Kembric daxil olub. 

Reytinqdə həmçinin Türkiyənin 11, İranın isə 5 ali məktəbi daxil olub. Ermənistan və Gürcüstan universitetləri reytinqə daxil edilməyib.

Report