XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2016 - 13:59

Azərbaycanlı generaldan ermənilərə sərt cavab:"Əgər ermənilər bunu unudubsa hafizələrini təzələyə bilərik"

tank

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov separatçı Dağlıq Qarabağ rejiminin "müdafiə naziri" Levon Mnasakanyanın iddialarına cavab verib.

Müxtəlif humanitar qurumların, erməni təşkilatlarının yardımları və daxil olan vəsaitlər hesabına bu gün ayaqda qalmağa çalışan Ermənistanın kriminal hərbi-siyasi rejiminin tez-tez yeni silahlar almaqdan, ordunun texniki imkanlarının artırılmasından, ön xəttin möhkəmləndirilməsindən, cəbhə xəttinin keçilməz, yarılmaz olmasından danışması gözə kül üfürməkdən başqa bir şey deyil.

Y. Aydəmirov  açıqlamasında bildirib ki, erməni hərbi rəhbərliyi münaqişə bölgəsində vəziyyəti gərginləşdirmək məqsədilə indi də virtual məkanda “atəşkəs rejimini” pozmağa başlayıb: “Aprel hadisələrindən sonra ağır zərbə almış Ermənistan hərbi-siyasi rejiminin cinayətkar nümayəndələrindən biri, “özünümüdafiə” adı altında fəaliyyət göstərən quldur və separatçı dəstələrin başçısı Levon Mnasakanyanın erməni mətbuatında səsləndirdiyi cəfəng fikirlər, öz bacarıqsızlığına, səriştəsizliyinə bəraət qazanmağa çalışan və günahkar şəxsin fikirlərinə bənzəyir. Müxtəlif humanitar qurumların, erməni təşkilatlarının yardımları və daxil olan vəsaitlər hesabına bu gün ayaqda qalmağa çalışan Ermənistanın kriminal hərbi-siyasi rejiminin tez-tez yeni silahlar almaqdan, ordunun texniki imkanlarının artırılmasından, ön xəttin möhkəmləndirilməsindən, cəbhə xəttinin keçilməz, yarılmaz olmasından danışması gözə kül üfürməkdən başqa bir şey deyil. Aprel hadisələri bunu tam çılpaqlığı ilə üzə çıxardı. Erməni hərbi rəhbərliyinin illərlə təriflədiyi, şöhrətini göylərə qaldırdığı “möhkəmləndirilmiş mövqeləri” yarmağa və irəliləməyə Azərbaycan əsgərinə bir neçə saat bəs etdi. Əgər ermənilər bunu unudublarsa və bir daha təxribatlara əl atacaqlarsa, lazım gəldiyi an ordumuz yenidən bu addımı daha sərt şəkildə təkrar etməyə və onların hafizəsini təzələməyə tam hazırdır. Əminliklə deyə bilərəm ki, Silahlı Qüvvələrimiz buna qadirdir”.  

Y. Aydəmirov həmçinin qeyd edib ki, qarşı tərəfin belə fikirlər səsləndirməsi bixəbərlikdən qaynaqlanır: “Mərkəzdə yerləşən hərbi hissələrdə vəziyyət barədə anlayışları olmayan kriminal hərbi rejimin, ucqar nöqtələrdə ön xətdə nə baş verməsindən danışması da erməniləri gülünc vəziyyətdə qoyur. Buna misal olaraq, həlak olan erməni hərbçisi Araik Ordubekyan haqqında iki gün ərzində yayılan və bir- birini təkzib edən 3 məlumatı göstərmək olar. İlk olaraq erməni əsgərin ölümündə Azərbaycan tərəfini günahlandıran, bir gün sonra onu medalla təltif edən, sonra isə dərhal həmin əsgərin Azərbaycan tərəfindən öldürülmədiyi və baş verən hadisə ilə bağlı araşdırma aparılması barədə L.Mnasakanyanın rəhbəri olduğu qondarma qurumun məlumat verməsi sözün həqiqi mənasında erməni hərbi birləşmələrində, guya ona tabe olan əslində isə özbaşına fəaliyyət göstərən quldur və separatçı dəstələrdə hökm sürən kriminal vəziyyətdən, anarxiyadan, eləcə də işğal olunmuş ərazilərdə baş verənlərdən tamamən xəbərsiz olduğunu açıq-aydın göstərir.  

Ermənistan hakimiyyətinin və ordusunun diasporun topladığı vəsait hesabına dolandığı halda, gah Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin, gah da qondarma rejimin nümayəndələrinin guya silah-sursat alaraq hərbiləşdirilmiş dəstələrini gücləndirmələri barədə müxtəlif bəyanatlar yaymaları inandırıcı görünmür və gülüş doğurur”.   (APA)