XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2015 - 13:17

“Azercell”in baş redaktorlara verdiyi ziyafət zamanı yanğın baş verib: KİV rəhbərləri evakuasiya edilib

yanqin01.jpg

“Azercell”in Milli Mətbuat Günü ilə bağlı KİV-ə verdiyi ziyafət zamanı yanğın baş verib.

Strateq.az-a daxil olan məlumata görə, ölkənin bütün KİV rəhbərlərinin, KİVDF sədri Vüqar Səfərlinin, Mətbuat Şurası sədri Əflatun Amaşovun və “Azercell” prezidenti Vahid Mürsəliyevin iştirakı etdiyi məclis başlanmış yanğın səbəbindən yarımçıq dayandırılıb.

Belə ki, tədbirin keçirlidiyi “Naxçıvan” restoranını qəfildən alov bürüyüb. Hadisə yerinə gələn FHN əməkdaşları ziyafət iştirakçılarını dərhal zalı tərk etməyi əmr ediblər. FHN əməkdaşlarının müdaxiləsi ilə zaldan çıxan KİV rəhbərləri tələsik restoranı tərk ediblər.