XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 İyul 2015 - 13:25

Neftin qiyməti düşüb, rubul isə çökür – Birja

neft iran.jpg

Bu gün London birjasında Brent markalı neftin qiyməti 53.71 dollara düşüb. Sentyabr ayında çatdırılması nəzərdə tutulan Brent markalı neftin fyuçers müqaviləsi 53.71 dollar olub. Bu dünən birja bağlananda qeydə alınmış qiymətdən 1.69 dollar aşağıdır. Sonuncu dəfə Brent markalı neftin qiyməti 54 dollardan aşağı 20 martda düşüb. Onda qiymət 53.55 dollar olub.

Neftin qiymətinin aşağı düşməsi rus rubuluna da neqativ təsir göstərib. Bu gün rubul martdan etibarən dollara nisbətən daha çox ucuzlaşıb. Moskva vaxtı ilə saat 14.54-də bir dollar 59 rubula alınıb. Avro isə yeni rekord vurub və 1 avro 65.8 rubula satılıb.

Xatırladaq ki, Morgan Stanley şirkəti dünyanın neftin qiymətinin son 30 ildəkindən daha aşağı qiymətə satılmasna hazır olmağa çağırıb.

Dünyanın iri neft şirkətləri isə 200 milyard dollar dəyərində yeni layihələrini dondurublar. ABŞ-ın nüfuzlu Faynenşl Tayms qəzetinin yazdığına görə Wood Mackenzie şirkətinin araşıdmaları bu nətəcəyə gəlməyə əsas verib. Yeni layihələri icra olunmamış saxlayan şirkətlər sırasında BP, Royal Dutch Shell, Chevron, Statoil, Woodside Petroleum şirkətləri də var.

Strateq.az