XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2016 - 17:54

Prezident İlham Əliyevdən mühüm fərman –Dəyişiklik

Ilham Eliyev

Prezident İlham Əliyev bu gün fərman imzalayıb. 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları”nı "Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə aşağıdakı qərar verilib:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 497 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 395; 2003, № 12 (II kitab), maddə 719; 2005, № 5, maddə 401; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddə "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Respublikasının Dövlət Əhalinin Məşğulluğuna Kömək Fonduna, Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fonduna” sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilsin.

2. 3.1-ci və 3.2-ci bəndlərdə "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Dövlət Əhalinin Məşğulluğuna Kömək Fondu və Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondu” sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. 3.3-cü bənddə (hər iki halda) "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Dövlət Əhalinin Məşğulluğuna Kömək Fondu, Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondu” sözləri "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin.