XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2016 - 21:21

İŞİD “fəthinə hazırlaşdığı” şəhərləri elan etdi:İstanbul və Roma

 

İŞİD

İŞİD yeni bir jurnalın nəşrinə başlayıb. “Rumiyah” adlanan jurnal ərəbcə Roma deməkdir.

Strateq.az xəbər verir ki, jurnalda ad seçiminin səbəbinə də aydınlıq gətirilib. Rusiyanın “Sputnik” xəbər portalının məlumatına görə, türk, rus və fransız dillərində nəşr olunan jurnalda bununla bağlı qeyd olunur:

"Dərgimizin adı olaraq seçdiyimiz 'Rumiyah' (Roma) Allah Rəsulunun qiyamətə yaxın fəthini müjdələdiyi yerin adıdır. Rəbbimizdən istəyimiz bu diyarı və ondan daha əvvəl isə Konstantiniyyənin (İstanbul) fəthini bizə nəsib etməsidir. "

Ekspertlərin fikrincə, bu, həm də İŞİD-in həmin şəhərlərdə yeni terror aktlarına hazırlaşdığının xəbərçisidir.