XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2015 - 14:39

İstanbul metrosunda terror həyəcanı – Polis hədəfdəki ünvanları açıqladı

metro.jpg

İstanbul polisi əhaliyə metroya və metrobüs (yerüstü nəqliyyat vasitəsi) dayanacaqlarına bombalı hücumun ola biləcəyi barədə xəbərdarlıq edib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumçuların əsas hədəfi İstanbulun bu metrostansiyaları və dayanacaqlarıdır – «Yenikapı, «Osmanbey», «Hacıosman» və «Taksim». İstanbul polisinin rəis müavini Mustafa çalışkan bildirib ki, bu barədə bilgini məlumatlı mənbələrdən alıblar: «Bizə çatan bilgilərdə İstanbul Polis İdarəsinə də hücumun ola biləcəyi açıqlanır. Son günlər baş verən terror olaylarını nəzərə alsaq, əhalinin kütləvi olduğu yerlərə – metro və tramvaylara, həmçinin polis idarələrinə və s. bu kimi yerlərə hücumların olma ehtimalını dəyərləndiririk. Vətəndaşlardan da xahiş edirik ki, ayıq olsunlar və təhlükə hiss etdikləri an Terrora Qarşı Mübarizə İdarəsinə məlumat versinlər».

Strateq.az