XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 12:07

“Referendumdan sonra devalvasiyanın olacağı real görünür” –İqtisadçıdan dollar açıqlaması

samir eliyev-1

"Ümumiyyətlə, hökumət tərəfindən seçki dövrlərində sosial baxımdan zərərverici addımlar atılmır”.

Strateq.az xəbər verir ki, bunu SalamNews-a açıqlamasında iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, ölkədə dollara olan tələb təklifdən daha çoxdur: “Tələb təklifdən çoxdursa, bu sonda dolların bahalaşmasına gətirib çıxara bilər. İndi dolların bahalaşmasını müşahidə edirik. Bahalaşma prosesi iyundan başlayıb”.

Ekspert bildirib ki, referendum sonrası devalvasiyanın olacağı real görünür: "Bu hökumətin davranışından asılı olacaq. Hazırda yumşaq devalvasiya prosesi gedir. Bütün proseslər kəskin devalvasiyanı labüd edir. Ola bilsin ki, əvvəlki kimi kəskin devalvasiya olmasın. Hesab edirəm ki, manatı belə saxlamaq çətin olacaq. Referendumdan sonra dolların məzənnəsində kəskin bahalaşma qaçılmaz olacaq”.