Az əvvəl istefa verən Türkiyənin daxili işlər naziri Əfqan Alanın qəfil addımın səbəbləri gün üzünə çıxır.
Strateq.az xəbər verir ki, Prezident Ərdoğan jurnallistlərlə söhbətində ilk dəfə bu istefa xəbərinə aydınlıq gəriən açıqlama verib:
"Əfqan bəy mənim müşavirimdir. Onu deputat olmadan nazir təyin etdim. Qabiliyyətli bir dostumuzdur. Son həssas dönəmdəki gəlişmələr səbəbi ilə cənab baş nazirlə bir dəyərləndirmə apardıq. O, belə bir istefanı uyğun gördü, mən də "madam belə düşünürsüz, xeyirli olsun" dedim".
Ərdoğan deyib ki, Əfqan Ala onların yol və dava yoldaşıdır: "Bundan sonra da onun imkanlarından yararlanmağa davam edəcəyik".
Strateq.az