XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 14:37

NATO baş katibindən Gürcüstan səfəri –Müdafiə naziri və parlament sədri ilə görüş keçiriləcək

Yons

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana səfərə gəlib. 

 İkigünlük səfər çərçivəsində Y. Stoltenberq Gürcüstan prezidenti Georgi Marqelaşvili, müdafiə naziri Levan İzoriya və parlamentin sədri David Usupaşvili ilə görüşəcək.

Bundan başqa, NATO-nun baş katibi Tbilisidə Gürcüstan parlamentinin binasında tələbələrin qarşısında çıxış edəcək və Gürcüstanda sentyabrın 7-8-də keçiriləcək NATO-nun Şimali Atlantika Şurasının sessiyasında iştirak edəcək. (Report)