XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 17:15

Avropa Birliyi Rusiyaya qarşısanksiyaları uzatdı

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları daha 6 ay uzadıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar bu gün qurumun Brüsseldə keçirilən iclasında qəbul olunub.

Qərara əsasən, 37 hüquqi, 146 fiziki şəxsin aktivləri 2017-ci ilin martın 15-dək dondurulmuş qalacaq. Eyni zamanda bu şəxslər həmin müddətə qədər Avropa Birliyi ölkələrinə səfər edə bilməyəcəklər.

Sanksiyaların uzadılması barədə qərar Avropa Birliyinin rəsmi nəşrində dərc olunan kimi qüvvəyə minəcək.