Bu gün 28 NATO ölkəsinin toplanıb Türkiyənin çağırışına cavab verməsi gözlənilir. Toplantıdan əvvəl isə ittifaqın sədri Cens Stoltenberq açıqlama verərək Ankaraya yol göstərib.
Srtateq.az-ın bildirdiyinə görə, NATO sədri açıqlamasında deyib:
“Bütün ölkələrin özünümüdafiə haqqı var. Türkiyənin də terror hücumlarına qarşı bu haqqı var, amma alınacaq tədbirlər “ölçülü” olmalı, lazım olmayan münaqişələrə yol açmamalıdır”.
Stoltenberq terrorizmə qarşı mübarizənin çözüm səylərinə əngəl olmamasını da arzuladığını ifadə edib.
Bir sözlə, NATO sədrinin məlum açıqlamasından bu nəticəni çıxarmaq olar- ” Evinin önündə şuluq edən uşaqları döy, amma “ölçülü” döy!”
Heydər