XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 17:43

Ərdoğan saxta FETÖ-çülərin həbsindən danışdı:"At izi it izinə qarışıb"

Erdoğan

«FETÖ əməliyyatında at izi it izinə qarışıb. «Ortaya bir şey atım, tutarsa, tutar» deyənlər var». Bəziləri məhz belə edir».

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çində keçirilən G-20 sammitindən qayıdarkən jurnalistlərin suallarını cavablandıranda deyib.

Ərdoğan açıqlaması ilə FETÖ əməliyyatı çərçivəsində günahsız şəxslərin də qurban getdiyi barədə iddialara aydınlıq gətirib: «Bəzən imkan olanda telekanalları izləyirəm. Elə şərhlər verilir ki, günahlandırdıqları o insanın bu işlə heç bir əlaqəsi yoxdur. Amma o insana ittihamı yapışdırırlar. Bunlar doğru şeylər deyil. Bu cür yanlışlıqlardan uzaq durmaq lazımdır»(azadlıq.info).