XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 22:02

“FETÖ ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına göstəriş verilib” –PA rəsmisi

behruz-pa

"Türkiyənin FETÖ ilə mübarizəsi Azərbaycan tərəfindən dəstəklənir".

Bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov "Xəyanətdən qələbəyə" filminin təqdimatı zamanı deyib.

O bildirib ki, tanklar altına insanların atılması hadisəsinə Azərbaycan xalqı 1990-cı il 20 yanvar hadisəsində şahid olub:

"15 iyul gecəsi türk xalqı hakimiyyətinə, dövlətinə sahib çıxdı. Azərbaycanda da o hadisənin hər dəqiqəsi həyəcanla izlənilirdi. Azərbaycan prezidenti dərhal hadisə ilə bağlı qətiyyətli mövqeyini bildirdi, hadisəni dövlət çevrilişi adlandırdı. Türkiyə ilə Azərbaycan hər zaman həmrəylik nümayiş etdirir. Türkiyənin FETÖ ilə mübarizəsi Azərbaycan tərəfindən dəstəklənir. Ölkəmizin müvafiq hüquq-mühafizə orqanlarına bununla bağlı göstəriş verilib. Türkiyə kimi, Azərbaycan da istənilən terror hadisələri, o cümlədən 15 iyul hadisəsinin sifarişçilərinə qarşı mübarizəni davam etdirəcək".

APA.az