XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 02:52

Oğluna 10 il veriləcəyi xəbəri Eldar Sabiroğlunu yıxdı –"...Məni də asın!"

rufet-eldar

Bir neçə dəqiqə əvvəl sabiq YAP-çı deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun sağlıq durumunda ciddi problem yaranıb.

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısının sabiq müstəntiq Rüfət Səfərova ağır cəza – 10 il azadlıqdan məhrumetmə cəzası istəməsi atası Eldar Sabiroğlunun səhhətinin kəskin pisləşməsinə səbəb olub. Belə ki, oğlunun sabaha təyin olunan məhkəmə prosesində iştirak etmək üçün Masallı rayonundakı oteldə qalan Eldar Sabiroğlunun ürəyində ciddi problem yaranıb. Hazırda onun üstünə Təcili Tibbi Yardım çağrılıb.

Vəkil Bəhruz Bayramov bildirib ki, Eldar Sabiroğlunun halı pisləşib və yıxılıb: “Həkimlər hazırda onun başının üzərindədir. Yəqin ki, xəstəxanaya yerləşdirəcəklər”.

Qeyd edək ki, oğlu Rüfət Səfərovun bu gün keçirilən məhkəmə prosesində çıxış edən Eldar Sabiroğlu üzünü hakimə tutaraq, “20 il xidmət eləmişəm, əvəzində məni də asın” deyə etirazını ifadə edib.

azadliq.info