XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 08:57

“Qafqaz Lizinq”dən kompromat ötürən tanınmış iqtisadçı “EmbaFinans”dan da uzaqlaşdırıldı

ilqar-bank.jpg

İlqar Tağıyev: “çıxarılmamışam, öz ərizəmlə başqa işə keçirəm”

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən “EmbaFinans” Bank Olmayan Kredit Təşkilatı İdarə Heyətinin sədri İlqar Tağıyev gözlənilmədən tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bu barədə Strateq.az-a həmin təşkilata yaxın olan mənbə məlumat verib.

Qeyd edək ki,“EmbaFinans” Azərbaycanın kredit bazarında özünəməxsus yeri və payı olan təşkilatlardan sayılır. Maraqlıdır ki, İlqar Tağıyev 15 gün bundan əvvəl istefaya göndərilsə də, bu barədə mediaya heç bir məlumat verilməyib.

Bu müəmmalı istefa haqda mənbə Strateq.az-a bildirir ki, İlqar Tağıyev heç vaxt öz xoşu ilə qurumu tərk etməzdi: “İqtisadi dairələrdə birmənalı qarşılanmayan bu persona, indiyə qədər bir çox nüfuzlu iqtisadi qurumlarda rəhbər postlarda çalışıb. “Bank of Baku”, “Dəmir Bank” kimi nüfuzlu maliyyə qurumlarında rəhbər postlarda işləmiş Tağıyevin sonuncu iş yeri “Qafqaz Lizinq” MMC olub. Sonuncu iş yerindən uzaqlaşandan sonra İlqar Tağıyevlə “Qafqaz Lizinq” rəhbərliyi arasında ciddi qalmaqal yaşanıb və son anda məlum olub ki, sabiq əməkdaş qurum barədə mətbuata “yağlı” məlumatlar ötürürmüş”.

***

Qeyd edək ki, məlumatın yayılmasından sonra yazıda adı çəkilən İlqar Tağıyev saytla əlaqə saxlayaraq, barəsində yazılanlarda bəzi qeyri-dəqiqiliyə yol verildiyini bildirib. İlqar Tağıyev deyib ki, o, öz ərizəsi əsasında işdən çıxmaq üçün müraciət edib və ərizəsi avqustun 1-dən qüvvəyə minəcək. İşdən çıxmasına səbəb isə başqa bir maliyyə təşkilatında çalışmaq istəyi ilə bağlıdır.