XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 14:25

Prezident Xudatda camaatla görüşdü –FOTOLAR

ilham-xudat

Prezident İlham Əliyev Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib.

Strateq.az xəbər verir ki, Prezident İlham Əliyev Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib.

Dövlət başçısı əvvəlcə yolun tikinti layihəsini əks etdirən stendə baxıb.

Azərbaycan Prezidentinə yolun texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, Xudat-Yalama-Zuxuloba avtomobil yolu uzun müddət təmir olunmadığına görə, xüsusən də ağır çəkili yük avtomobillərinin intensiv hərəkəti nəticəsində magistralın bir çox yerlərində qabarmalar və çökmələr yaranıb. Yolun əsaslı təmirinə bu ilin may ayında başlanılıb və avqustda başa çatdırılıb.

Prezidenti İlham Əliyev Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışından sonra Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.