XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2016 - 15:24

Bundestaq üzvlərinin “İncirlik” hərbi bazasına səfərinə icazə verildi –Problem həllini tapdı

incirlik

 Türkiyə ilə Almaniya arasında “İncirlik” aviabazası ilə bağlı problem həllini tapıb.

Bundestaqın nümayəndə heyətinin hərbi bazanı ziyarət edərək alman hərbi kontingenti ilə görüşməsinə icazə verilib. Parlamentarların səfəri oktyabrın 4-də həyata keçiriləcək.

Xatırladaq ki, Bundestaqın uydurma “erməni soyqırımı” ilə bağlı qərarından sonra Türkiyə hökuməti alman millət vəkillərinin “İncirlik” hərbi hava bazasını ziyarət etməsinə icazə verməmişdi. Lakin iki həftə əvvəl Almaniyanın Avropa işləri naziri Mikael Rotun Türkiyəyə səfər etməsindən sonra vəziyyət dəyişməyə başlayıb. Çində keçirilən “G-20” toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya federal kansleri Angela Merkelin görüşündə isə problem həll edilib. (APA)