XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2016 - 15:26

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişir –Yeni qanun

suruculuk-vesiqesi

Azərbaycanda "CE”, "D”, "DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir.

Bununla bağlı Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bu gün keçirilən iclasında müzakirə aparılıb.

"Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsinə əlavə və dəyişikliklərdən bəhs edən yeni ayihəyə əsasən, "BE” kateqoriyasına aid nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan hesablanmaq şərti ilə yanaşı, "B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 1 ildən az olmamaq şərti ilə də götürüləcək.

"CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda da 21 yaşdan yuxarı şərt ilə yanaşı, "C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 3 ildən az olmamaq şərti də əlavə edilir.

Bundan başqa "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 23 yaşdan qəbul edilən şərt ilə yanaşı, 65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərti də əsas götürüləcək.

Digər əlavəyə görə isə "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 26 yaşdan hesablanan şərt ilə paralel olaraq, 65 yaşadək və "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərti də qaydaya daxil ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.