XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 11:05

NATO son sözünü dedi: “Türkiyə ilə güclü həmrəylik içindəyik”

“NATO Türkiyə və Suriya sərhəddində baş verənləri çox yaxından təqib edir. Müttəfiqimiz Türkiyə ilə güclü həmrəylik içindəyik”

Strateq.az xəbər verir ki, bu sözləri NATO sədri Cens Stoltenberq Türkiyəylə bağlı müzakirələrdən sonra deyib. Stoltenberq həmçinin Türkiyəyə qarşı terror aksiyaları keçirən İŞİD və kürd yaraqlılarını qınadıqlarını da sözlərinə əlavə edib.

Qeyd edək ki, Türkiyə NATO müqaviləsinin 4-cü maddəsinə əsaslanaraq müttəfiqlərini müzakirəyə çağırmışdı. Toplantıdan sonra verilmiş bu bəyanat Ankaranın beynəlxalq güclər qarşısında əlini gücləndirir və Suriyaya müdaxiləsini asanlaşdırır.