XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 11:11

Nazir Şahin Mustafayev İrana rəsmi səfərə gedir- AÇIQLAMA

sahin iran.jpg

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif iqtisadi bölmələrindən ibarət böyük heyət gələn həftə Tehrana səfər edəcək.

Strateq.az bildirir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.

Səfir bildirb ki, səfər İran-Azərbaycan Müştərək Komissiyasının sədri Mahmud Vaizinin dəvəti ilə baş tutub və avqustun 3-ü və 4-də həyata keçəcək: “Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin səfəri İranın kommunikasiya və informasiya texnologiyaları naziri və İran-Azərbaycan Müştərək Komissiyasının sədri Mahmud Vaizinin dəvəti ilə avqustun 3-ü və 4-də həyata keçəcək və Şahin Mustafayevi bu səfərdə Azərbaycan Respublikasının neft, bank, kommunikasiya, nəqliyyat, energetika, həmçinin özəl və dövlət sektorları daxil olmaqla müxtəlif iqtisadi sektorların nümayəndələri müşayiət edəcəklər”.

Onun sözlərinə görə, İranın dəmir yolunun Azərbaycana qoşulması, dəmiryolu nəqliyyatının genişləndirilməsi, neft yataqlarında həmkarlıq, kommunikasiya və informasiya texnologiyalarının inkişafı, iki ölkə arasında bank əlaqələrinin genişləndirilməsi və bank fəaliyyətləri əlaqələrinin yaradılması, elektrikin təmini, iki ölkənin özəl sektorlarının əməkdaşlığı tərəflərin bu səfərdə araşdıracaqları mövzulardandır.

Səfirin sözlərinə görə, İran-Azərbaycan Müştərək Komissiyasının həmsədrləri həmçinin bu səfərdə, böyük ehtimalla, cari ilin ikinci yarısında Tehrandakı İran-Azərbaycan Müştərək Komissiyasının on birinci iclasının keçirilməsi barədə qərar verəcək.

X.SƏFƏROĞLU