XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2016 - 16:29

“Görürsünüz, xalqdan necə qorxurlar?” –Əli Kərimlidən mitinq açıqlaması

alikerimli.jpg

"Görürsünüz, xalqdan necə qorxurlar?".

Strateq.az xəbər verir ki, bunu AXCP sədri Əli Kərimli Milli Şuranın 11 sentyabrda keçirəcəyi mitinqə icazənın hələ də verilməməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Milli Şuranın 11 sentyabr mitinqinə cəmi bir iş günü qalıb:

"Lakin İcra Hakimiyyəti hələ də mitinqin keçirilməsinə razılığını bildirməyib. Qanuna görə, ən geci mitinqin keçirilməsinə üç iş günü qalmış mitinq müraciətinə cavab verilməlidir. Qanunları istədikləri kimi ayaqlayırlar.

Lakin xalqın hakimiyyətdən kütləvi şəkildə narazı olduğunu da bilirlər. Bilirlər ki, bir gün bu narazı insanlar müxalifətin təşkil etdiyi dinc mitinqlərə hamılıqla qoşulacaq. Amma bilmirlər ki, bu, nə vaxt olacaq.

Ona görə də hər dəfə biz mitinq təyin edəndə ciddi sarsıntı keçirirlər. Mitinq müraciətinə də cavab vermirlər ki, qeyri-müəyyənlik yaratmaqla, mitinq hazırlığına mane olsunlar. Xalqımız da bunu görür.

Ona görə də inanıram ki, hakimiyyətin yaratdığı bu maneələr əks-təsir doğuracaq. Fəal vətəndaşlar da inadına mitinqə daha yaxşı hazırlaşacaqlar!".

Strateq.az