XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2016 - 19:26

Gürcüstanda iki nazir vəzifədən getdi –Baş nazirin istefası da gündəmə gəldi

gurcustan-parlament

Gürcüstanda iki nazir istefa verib.

Bunlar baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və kənd təsərrüfatı naziri Otar Daneliyadır.

Hər iki nazir “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb. Qanunvericiliyə əsasən, seçkilərə qatılan deputatlığa namizədlər öz vəzifələrindən istefa verməlidir. 

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi olan K. Kaladze proporsional siyahı üzrə ikinci yerdədir. Məhz buna görə, o, vəzifəsindən istefa verməlidir.

Partiyanın sədri Giorgi Kvirikaşvili isə siyahı üzrə birinci yerdə olduğuna görə, həm də ölkənin baş naziri olduğuna görə seçkilərdə iştirak edəcək və yeganə vəzifəli şəxs olaraq öz postunu tərk etməyə bilər. 

Bu gün axşam “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası özünün seçki proqramını təqdim edəcək.

APA