XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 14:10

Bakı Qarabağa gəlmiş rus milyonçusunu beynəlxalq axtarışa verib –FOTO

sterilqov.jpg

Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş rusiyalı biznesmen German Sterliq barəsində Bakının Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində “İnterpol” xətti ilə beynəlxalq axtarış elan edilib, bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Sterliqova qarşı 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrlə cinayət işi açılmışdı.

O, iyulda Qarabağa gəlib və kənd təsərrüfatı ilə məşğul olmaq niyyətində olduğunu bildirib. Eyni zamanda, o, Qarabağın müstəqilliyini dəstəklədiyi və Azərbaycanın fikrinin onu maraqlandırmadığı barədə bəyanat səsləndirib.