XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 22:00

“İdxaldan aslılığımızı tam aradan qaldırmalıyıq” –Prezident İlham Əlliyev

ilham-camaat

“Biz ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq”. 

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışından sonra rayon ictimaiyyət nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı iqtisadi inkişafla bağlı prioritetlərin bəlli olduğunu qeyd edib: “Qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır. Bununla bərabər, biz ixracda da eyni mənzərəni görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft sektorunun məhsulları azlıq təşkil edir. Ona görə, burada həm qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili tələbatı tam ödəyəcəyik. Beləliklə, ərzaq təhlükəsizliyi təmin olunacaq və biz gələcəkdə ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq”.

Prezident İlham Əliyev qeyd edib ki, dünyada iqtisadi-maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycana həm dövlət, həm özəl sektor, yerli şirkətlər, xarici firmalar tərəfindən investisiyalar qoyulur: “Bu, ölkəmizin gücünü və siyasətimizin niyyətini göstərir. Bütün bu işləri biz ona görə edirik ki, ölkəmiz daha da güclənsin və Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, işlə təmin olunsunlar, yaxşı maaş alsınlar və ölkəmizə xeyri gətirsinlər”.

“Mən şadam ki, bizim bütün planlarımız həyatda öz əksini tapır. Azərbaycan hərtərəfli inkişaf edir. Ölkəmizin bütün bölgələri inkişaf edir. Çox böyük infrastruktur və sosial layihələr icra edilir – iqtisadi layihələr, kənd təsərrüfatı layihələri. Biz bax belə inkişaf etməliyik. Budur bizim yolumuz və bu yol artıq özünü təsdiqləyib. Çünki nəinki regionda, dünya miqyasında bu gün ölkəmizin təcrübəsi öyrənilir. Təkcə iqtisadi sahədə deyil, bütün sahələrdə, o cümlədən dinlərarası, millətlərarası münasibətlərin sağlam zəmində qurulması məsələləri də həmişə diqqət mərkəzindədir”, – deyə, dövlət başçısı qeyd edib. 

APA.az