XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2016 - 12:08

Rakka və Mosulda İŞİD-ə qarşı əməliyyat –4 ölkə hərbi hazırlığa başlayıb

ISID

G20 sammitindən sonra Londonda toplanan bir neçə ölkə lideri Suriyada savaşın bitməsi üçün qərar qəbul edib.

Belə ki, Rakka və Mosulun İŞİD-dən azad edilməsi ilə bağlı hazırlanmış planın detalları məlum olub.

Məlumata görə, əməliyyata ABŞ, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı başda olmaqla, bölgədəki digər ölkələr də qatılacaq. Hücum zamanı Türkiyə və NATO qüvvələri İŞİD mövqelərinə hava zərbələri endirəcək.

Qeyd edək ki, əməliyyatla bağlı yekun qərarın 13-20 sentyabrda Nyu Yorkda keçiriləcək BMT zirvəsində veriləcəyi gözlənilir. 

Axar.az