Özbəkistanın mərhum prezidentini son günlərində rusiyalı həkimlər müalicə ediblər.
Bunu jurnalistlərə açıqlamasında Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova söyləyib.
Onun sözlərinə görə, Kərimovun həyatının xilası üçün Özbəkistana iki həkim briqadası göndərilib: “Onlar uzun müddət fəaliyyət aparıb, Kərimovun həyatının xilası üçün çalışdılar. Özbəkistana yollanan komandalardan birinə məşhur cərrah Leo Bokeriya rəhbərlik edib”.
Qeyd edək ki, İslam Kərimov sentyabrın 2-də vəfat edib.
Axar.az