Filippinin lideri Rodriqo Duterte ABŞ prezidenti Barak Obamanın ünvanına təhqiramiz ifadələr səsləndirdiyini inkar edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Duterte Obamaya heç bir söz demədiyini bildirib: «Araşdıra bilərsiz. Mən heç vaxt onun ünvanına hər hansı bir bəyanat səsləndirməmişəm».
Xatırladaq ki, Çində keçirilən “G-20” sammitində Obama Filippində insanların məhkəmə qərarı olmadan ölüm cəzasına məhkum edilməsini pisləmişdi. Buna cavab olaraq Filippin prezidenti Barak Obamanın ünvanına təhqiramiz ifadələr işlətmiş, ona insan haqları ilə bağlı moizə oxumamağı tövsiyə etmişdi.
O, həmçinin elə sammitdəcə Obamanı lənətləyəcəyinə söz vermişdi.
Bu bəyanatdan sonra Ağ Ev Obamanın filippinli həmkarı ilə planlaşdırılmış görüşünün ləğv edildiyini, ABŞ prezidentinin görüşdən konstruktiv heç nə gözləmədiyini bildirmişdi.
Lakin Dutertenin üzrxahlığından sonra sentyabrın 7-də Laosda prezidentlər arasında qısa görüş olmuşdu.