Filippin prezidenti Rodriqo Duterte indi də BMT baş katibi Pan Gi Munu təhqir edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Duterte Filippində insan haqlarının pozulduğunu deyən baş katibi axmaq adlandırıb.
Pan Gi Mun narkomafiyaya qarşı yanlış mübarizə metoduna görə Filippin hökumətini tənqid edib. Bu tənqidə isə Dutertenin cavabı belə olub: «Öz-özümə dedim – bu da növbəti axmaq! Mən cinayətkarlara qarşı mübarizəni davam etdirəcəm. Onlara rəhm etməyəcəm».
Duterte narkodilerləri öldürüb cəsədlərini balıqlara yem edəcəyinə, həmçinin onları qətlə yetirən vətəndaşları mükafatlandıracağına söz verib.
Qeyd edək ki, bundan əvvəl Duterte Filippində insan haqlarının vəziyyətini tənqid edən ABŞ prezidenti Barak Obamanın ünvanına təhqiramiz ifadələr səsləndirmişdi. Lakin sonradan həm Obamadan üzr istəmiş, həm də onu təhqir etdiyini danmışdı.