XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2016 - 18:26

24 çoxmənzilli bina əsaslı təmiri olunacaq –Prezidentdən sərəncam

bina

Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Xaçmazda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan daha 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə aşağıdakı qərara verilib:

1. Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.