«Kürdlərin Ancelina Colisi» kimi tanınan 22 yaşlı Asya Ramazan Antar Suriyadakı döyüşlərdə həlak olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Asya 18 yaşından İŞİD-ə qarşı mübarizə aparan kürd döyüşçülərin sırasında vuruşub.
O, Suriyanın kürdlər yaşayan bölgəsindəki milli özünümüdafiə dəstəsinin ən parlaq qadın döyüşçüsü hesab olunurdu.
50 min silahlının savaşdığı dəstənin 20 faizini qadınlar təşkil edir. Onlar İran və Suriya sərhədində İŞİD-ə qarşı döyüşürlər.