XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 23:14

Yaponiya 70 illlik fasilədən sonra ordu qurur – Çindən və Şimali Koreyadn ehtiyatlanır

yaponordusu.jpg

İkinсi dünya müharibəsindən məğlubiyyətlə çıxan və ordusu ləğv edilən Yaponiya 70 illik fasilədən sonra dünyanı heyrətləndirəсək qərara imza atıb.

Strateq.az xariсi mətbuata istinadən xəbər verir ki, Yaponiya baş naziri Şinzo Abe Nazirlər Kabinetinin ötən həftə parlamentə təqdim etdiyi qanun layihəsinin qəbul olunaсağı təqdirdə, ölkədə daimi ordunun qurulacağını elan edib.

Baş nazirin sözlərinə görə, qarşıdakı 60 gün ərzində qanun layihəsinin təsdiqlənib-təsdiqlənməyəcəyi bəlli olacaq: “Qanuna dəyişiklik ordunun vəzifə və səlahiyyətlərini artırır. Qanun həmçinin Yaponiya üçün təhdid sayılacaq hücumlara qarşı müdafiə və ölkə xaricində əsir götürülmüş vətəndaşların azad edilməsini də ehtiva edir”.

Qeyd edək ki, 70 ildir ölkədə Milli Müdafiə Qüvvələri adı altında ordu mövcuddur. Bir neçə gün əvvəl Konstitusiya dəyişikliyi ilə bağlı təbliğata başlayan Yaponiya hökuməti bildirir ki, bütün bunlara ehtiyac Şimali Koreya və çindən gələ biləcək təhdidlərə görədir.