XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2016 - 23:56

“Mərkəzi Bankın son qərarı vəziyyətin mürəkkəbliyindən xəbər verir” –İqtisadçıdan faiz artımına reaksiya

samir eliyev-1

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank bu gün likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

Strateq.az xəbər verir ki, Mərkəzi Bankın bu qərarına münasibətini açıqlayan iqtisadçı Samir Əliyev bunun gözlənilən olduğunu deyib:

"Mərkəzi Bankın uçot dərəcələrini qaldırması, bu səviyyədə olmasa da, gözlənilən idi. Sonuncu avqust artımından sonra ekspertlər uçot dərəcələrinin mərhələli şəkildə qaldırılacağını qeyd etmişdi. Ancaq uşot dərəcəsinin birdən-birə 9,5%-dən 15%-ə artırılması sürpriz olmaqla yanaşı, vəziyyətin mürəkkəbliyindən xəbər verir. 

Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bankın, əslində, gecikmiş bu addımı ölkədə inflyasiya təzyiqinin getdikcə artdığını göstərir:

"Mərkəzi Bank uzun müddət pul kütləsini azaltmaq hesabına inflyasiyanı və devalvasiyanı nəzarətdə saxlamağa çalışsa da bu alət kifayət etmir. Həm də pul kütləsini uzun müddət bu səviyyədə saxlamaq ölkənin pulla təminatını pisləşdirir, biznesin pula çıxışını məhdudlaşdırır. 

Mərkəzi Bank uçot dərəcəsini 5,5% bəndi artırmaqla, mövcud olan,və qarşıda daha kəskin gözlənilən inflyasiya səviyyəsini cilovlamaqdır. Eyni zamanda, güman etmək olar ki, Mərkəzi Bank biznesə dəstək məqsədilə manat kütləsini artırmaq niyyətindədir".