XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 12:06

Mərkəzi Bankın uçot dərəcəsini kəskin yüksəltməsinin səbəbi –Vüqar Bayramovdan şərh

Vüqar

Xəbər verildiyi kimi, Mərkəzi Bank uçot dərəcəsini 9.5 faizdən 15 faizə yüksəldib.

Strateq.az xəbər verir ki, bununla bağlı durumu şərh edən tanınmış iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, son 10 ildə 15 faizlik dərəcə yalnız bir dəfə – 2008-ci ilin iyununda qeydə alınmışdı. Ancaq cəmi 4 aydan sonra Mərkəzi Bank həmin dərəcəni yenidən 3 faiz aşağı salmışdı:

"İndisə Mərkəzi Bankın uçot dərəcəsini kəskin yüksəltməsi manatla yığımları artırmaq məqsədi daşıyır.  Bu, milli valyuta ilə yığımlara daha çox dividend ödənişi deməkdir. Amma Mərkəzi Bank daha bahalı mərkəzləşdirilmiş kreditlər də təklif edəcək".

İqtisadçı deyir ki, bu qərar, eyni zamanda, qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini bir daha da aktuallaşdırıb:

"Dollarda cəmi 3, milli valyuatada isə yalnız 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması, banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edir. Bu, manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər. İstehlak və mikro kreditlərin maksimum faiz dərəcələri uyğun olaraq 29 və 25 faiz olaraq məhdudlaşdırıldığı üçün bu təklifin qəbul edilməsi kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq. Sadəcə əhalinin daha çox əmanətlərinin dövlət tərəfindən qorunmasına imkan verəcək".

F.ƏHMƏD