XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2016 - 14:40

Neftçi’də islahatlar başladı, qovulanlar var –Klubda nə baş verir?

neftci

Maliyyə yeyintiləri, qovulmalar, saxta imzalar… 

Musavat.com saytının klub daxilində olan mənbələrindən əldə etdiyi məlumata görə, Socar rəhbərliyi bu gecə klubun bazasında təcili toplantı keçirdib. Klubun sənədləri yoxlanıb. Yoxlanış zamanı dəhşətli maliyyə yeyintiləri və saxta imzalar üzə çıxıb. 

Bundan sonra klubun rəhbəri Çingiz Abdullayevdən başqa bütün müşahidə şurasında çalışanların fəaliyyətinə xitam verilib. 

Bu gün səhər Vəli Qasımovun səhhətinin pisləşməsi haqqında yayılan xəbərlər də, həqiqəti əks etdirmir. 

Vəli Qasımov klubdan qovulub, sadəcə olaraq oyun qabağı olduğu üçün açıqlama verilmir. Məlumata görə, Qurban bayramı bitdikdən sonra isə, Qasımovun qovulması xəbəri rəsmiləşəcək. 

Çingiz Abdullayev isə, transferlərdən xəbəri olmadığını, heç bir sənəddə imzası olmadığını və işləri Elnur Məmmədovun yönəltdiyini qeyd edib.

Socar rəhbərliyi isə, bayramdan sonra klubda anarxiya yaradanların hamısının qovulacağını bildirib.