XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 18:27

Qusar rayonuna 3 milyon manat pul ayrılıb –Sərəncam

ilham teqaud

Prezident İlham Əliyev Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir: Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Qusar rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Dövlət Bayrağı Kompleksi, “Şahdağ” Qış-Yay Turizm Kompleksinə daxil olan “Şahdağ və SPA”, “Zirvə”, “Pik Palase”, “Park Chalet” mehmanxanaları, əlil və şəhid ailələri üçün ümumilikdə 24 mənzilli 2 yaşayış binası inşa edilmiş, Rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 23 mindən çox yeni iş yeri açılmış, Qusar şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, qırx bir min nəfər əhalinin yaşadığı 56 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 98 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qusarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 23 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qusar Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. (Report)