XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 20:00

Con Kerridən Azərbaycana mesaj:"Hökumətdən əlavə müsbət addımların atılacağını gözləyirik"

kerri

Amerika Birləşmiş Ştatları (ABŞ) REAL hərəkatının icraçı katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayır.

 Bu barədə  ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatında bildirilir. 

Bəyanatda, həmçinin, ABŞ-ın sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun ərəfəsində açıq və ictimai dialoqu dəstəklədiyi də qeyd olunur.

“Azərbaycan hökumətindən əlavə müsbət addımların atılacağını gözləyirik”, -deyə bəyanatda bildirilir.

Qeyd edək ki, N. Cəfərli bu il avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilib.

Sentyabrın 9-da isə məhkəmə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin təqdimatı əsasında N. Cəfərlinin azadlığa buraxılması barədə qərar qəbul edib. (APA)