Suriyadakı vətəndaş müharibəsində İran və şiə yaraqlılarının sayı 60 mini keçib.
Strateq.az xəbər verir ki, bu məlumatı İngiltərənin “Daily Mail” qəzeti yayıb.
Məlumata görə bu rəqəmlə şiə silahlıları, faktiki olaraq, 50 min civarında olan Əsəd əsgərlərini keçib.
Məqalədə həmçinin, İran Milli Müqavimət Şurasının Suriya vətəndaş müharibəsində son beş ildə milyardlarla dollar pul xərclədiyi bildirilir və müxtəlif şiə qruplarındakı yaraqlıların konkret sayları da göstərilir. Rəqəmlər belədir:
İran İslam İnqilabı Keşikçiləri – 8 min – 10 min arasında
İran ordusu – 5 min – 6 min arasında
İraqlı şiə yaraqlıları – 20 min ətrafında
Əfqan şiə yaraqlıları – 15 – 20 min arasında
Hizbullah əsgərləri – 7 min – 10 min arasında
Pakistanlı Zeynəbiyyun Briqadası – 5 min – 7 min arasında
Cəmi: 60 – 73 MİN ƏSGƏR