XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2016 - 23:42

ADP “Qiyamçı müstəntiq”in müdafiəsinə qalxdı –Bəyanat

adp

ADP Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı bəyanat verib.

Partiyadan Strateq.az-a daxil olan bəyanatda deyilir:

"ADP, sabiq millət vəkili, YAP-ın məşhur simalarından olan, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun övladının 9 il azadlıqdan məhrum edilməsini siyasi qisasçılıq kimi dəyərləndirir, bunu qətiyyətlə pisləyir və dövlət başçısından Konstitusiyada vətəndaşların hüquqlarına təminat verən şəxs kimi ədalətin bərpası naminə bu məsələyə öz mövqeyini bildirməyə, yuxarı məhkəmə instansiyalarını bu qərara ədalətlə yanaşmağa çağırır.

ADP belə hesab edir ki, indiki mürəkkəb beynəlxalq şəraitdə və daxili ağır sosial iqtisadi vəziyyətdə bu cür addımlar daxili sabitliyi təhdid etməklə ölkədə arzu olunmaz proseslərə rəvac verə bilər".

Strateq.az