XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

11 Sentyabr 2016 - 10:29

Milli Məclisin sektor müdirini əri niyə baltaladı? –Səbəb

balta

Dünən əri tərəfindən baltalanaraq qətlə yetirilən qadınla bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Lent.az-a bu barədə qətlə yetirilən Fəridə Məcidovanın yaxınları məlumat verib.

Onlar bildiriblər ki, F.Məcidovanın övladı olmayıb. 30 ilə yaxın Milli Məclisdə çalışıb və bir neçə il bundan əvvəl təqaüdə çıxıb.  Onun maliyyə durumunun çox yaxşı olduğunu da qeyd edirlər. 

Bir yerdə çalışdığı Milli Məclisin əməkdaşları onun nə qədər dürüst olduğunu və işini çox yaxşı bildiyini deyiblər: “Bir sözlə əxlaq nümunəsi olub. Hələ də özümüzə gələ bilmirik. O cür qadın heç kəsə ziyan vura bilməzdi.”

Yaxınlarının sözlərinə görə, onun əri Məzahir Qasimi ilə aralarında ev söhbəti düşüb. Bundan sonra mübahisə qızışıb və əri tamah məqsədi ilə onu amansızcasına qətlə yetirib.

Qeyd edək ki, sentyabrın 9-da Səbail rayon Polis İdarəsinin yaydığı məlumata əsasən Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında yaşayan Məzahir Qasımi həyat yoldaşı Fəridəyə balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M. Qasımi saxlanılıb.