Əfqanıstan hökuməti və kəşfiyyatı Taliban hərakatının lideri Molla ömərin öürüldüyü barədə məlumat yayıb.
Strateq.az bildirir ki, Pakistan hökuməti də bu məlumatı təsdiqləyib. Lakin Molla ömərin öldürülməsinin detalları ilə bağlı heç bir məlumat verilməyib. Əfqanıstan hökumət rəsmilərinin bu məsələ ilə bağlı mətbuat konfransı keçiriləcəyi barədə də xəbər verilib. Xarici KİV isə 3 il əvvəl də Əfqanıstan hökumətinin M.ömərin öldürülməsi barədə xəbər yaydığını xatırladıb.
Molla ömərin Taliban hərəkatından ayrılan “Fidai-e Mahaz” Əfqanıstan İslam Hərəkatının komandirlərindən Molla Aktar Muhammed Mansur və Gül Ağa tərəfindən öldürüldüyü iddia olunur. Molla ömərin öldürülməsi xəbərini ilk olaraq “Fidai-e Mahaz” sözçüsü Kari Həmzə elan edib.
Taliban liderləri Molla ömər 1960-cı ildə Əfqanıstanın cənubundakı Qəndahar vilayətinidə doğulub. Əfqanıstan SSRİ-i qoşunlarının girməsindən sonra mədrəsədə oxuyan M.ömər təhsilini yarımçıq qoyaraq sovet ordusuna qarşı vuruşmağa başlayıb.
Sovet ordusu ilə döyüşlərdə 4 dəfə yaralanan M.ömər bir gözünü də itirib. Əfqanıstanda hakimiyyətdə olduğu müddətdə belə, kütlə qarşısına çıxmayan M.ömər “üzü olmayan adam” ləqəbi alıb.
ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsindən sonra hakimiyyətdən uzaqlaşdırılan M.ömərin heç bir rəsmi görüşü qeydə alınmayıb.
M.ömər yalnız 1998-ci ildə BMT-nin Əfqanıstanın üzrə xüsusi elçisi, 2000-ci ildə çinin Pakistandakı səfiri ilə görüşüb.
Taliban lideri, həmçinin “Əl-Qaidə” lideri Bin Ladenin qızına evlənib. ABŞ hökuməti onun öldürülməsi üçün 10 milyon dollar mükafat təyin edib.
Strateq.az