Misir polisi sabiq prezident Məhəmməd Mursinin qardaşını və kiçik oğlunu həbs edib.
“Əl-Yəum əl-Sabia” portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla xəbər verir ki, onlar kütləvi etirazlara çağırışlarda və iğtişaşlara təhrikdə şübhəli bilinirlər.
Mursinin yaxın qohumları Qahirənin şərqindəki Şərqiyə vilayətində, yaşadıqları kənddə həbs olunublar.
AZERTAC