Kərkük-Yumurtalıq neft kəmərində partlayış olub. Şimali İraq kürd muxtariyyatı neftinin Qərbə axıdılan yeganə xətti olan boru kəmərini PKK-nın partladığı güman olunur.
Strateq.az xəbər verir ki, partlayış kürd separatçılarının ciddi dayaqlarının olduğu Şirnakın Cizrə qəsəbəsində baş verib.