XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2016 - 20:06

“Döyüşə tam hazırıq” –General Rövşən Əkbərovdan ermənilərə xəbərdarlıq

rovsen-ekberov-general

"Azərbaycan ordusu döyüş tapşırığını yerinə yetirməyə tam hazırdır".

Bunu Müdafiə Nazirliyinin N saylı Hərbi hissənin komandiri general-leytenant, Milli qəhrəman Rövşən Əkbərov deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu işğal altındakı torpaqları azad etməyə hər zaman hazırdır.

"Bizim ordumuz bu gün möhkəmdir. Şəxsi heyətin psixoloji vəziyyəti çox yüksəkdir. Ali Baş Komandan cənab İlham Əliyevin əmrini yerinə yetirməyə hazırıq. Azərbaycan Prezidenti münaqişənin sülh yolu ilə həll olunması üçün çalışır”, – deyə, Rövşən Əkbərov bildirib.

Trend