XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

11 Sentyabr 2016 - 22:29

Amerikalı həmsədrdən anons:"Əliyevlə Sarksiyan Nyu-Yorkda görüşə bilər"

ilham-sarksyan

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarksiyan Nyu-Yorkda görüşə bilər.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik buna ümid etdiyini bildirib.

Həmsədr iki ölkə prezidenti arasında yeni görüşün təşkil edilməsi ilə bağlı hər hansı bir planın olmasına dair sualı belə cavablandırıb:

“Planlar var, ancaq heç bir konkretlik yoxdur. Biz prezidentlərin yeni görüşünün keçirilməsini istəyirik, lakin hələ nə vaxtla bağlı, nə də bunun harada keçirilməsi ilə bağlı açıq-aşkar bir fikir yoxdur.

Biz həmsədrlər olaraq növbəti sammitin təməlini qoymaq üçün xarici işlər nazirləri ilə görüşəcəyik. Hər iki naziri BMT Baş Assambleyasının sessiyası zamanı növbəti addımları müzakirə etmək üçün iki həftədən sonra Nyu-Yorkda görəcəyimizə ümid edirik. Ümid etmək istərdim ki, orada iki prezidentin də görüşü baş tutacaq”.

Report.az