Özbəkistanda prezident seçkiləri bu il dekabrın 6-na təyin olunub.
Strateq.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi bu qərara əsasən, namizədliklərin irəli sürülməsi sentyabrın 30-dan başlayacaq və oktyabrın 20-də başa çatacaq.
Xatırladaq ki, hazırda Özbəkistanm prezidentinin vəzifəsini baş nazir Ş.Mirziyayev icra edir. Halbuki Konstitusiyaya əsasən bu vəzifəni Senatın sədri N.Yuldaşev icra etməli idi.
Özbəkistanda son prezident seçkiləri 2015-ci il martın 29-da keçirilib.