XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2015 - 13:00

Ərdoğan Çinə niyə gedir?

erdoqan.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çinə gözlənilən səfəri beynəlxalq medianın diqqətini çəkib. Səfərdə Ərdoğanı iqtisadiyyat naziri, enerji və təbii sərvətlər naziri, nəqliyyat naziri və 100 nəfəlik nümayəndə heyəti müşaiyət edəcək.

Strateq.az xəbər verir ki, BBC-nin çin müxbiri Con Sudvort iki ölkə arasında illik ticarət dövriyyəsinin 24 milyard dollara çatdığını bildirib. çinin CCTV kanalı da Ərdoğanın çin səfərinin ölkələr arasında iqtisadi inkişafının təsiri ilə baş tutduğunu vurğulayıb.

Türkiyə prezidentinin səfərində uzaq mənzilli raketlərin alınması, uyğurların üzləşdikləri problemlər də müzakirə olunacaq.

çinin rəsmi “Global Times” qəzetində dərc olunan məqalədə Pekinin Ankara ilə ticarət və terrorla mübarizədə əməkdaşıq edə biləcəyi qeyd edilib: “Türkiyə “2023 strategiyası”nı həyata keçirmək istəyirsə çin ilə əlaqələr əhəmiyyətli olacaqdır. çin üçün Türkiyə yaxın Şərqdəki ən güclü ölkələrdən biridir və Avropanın cənubuna açılan qapıdır. “Bir kəmər-bir yol” təşəbbüsündə çox əhəmiyyətli bir həlqədir. Birgə iqtisadi maraqlar ikitərəfli əlaqələri doğru yolda tuta biləcək ən böyük gücdür”.

Türkiyə ekspertləri isə qeyd edirlər ki, bu səfər ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ən əsası isə son vaxtalar tez-tez meydana çıxan anlaşılmazlıqların aradan qaldırılması üçün çox vacibdir. Həmçinin Türkiyə üçün çinlə əlaqələr yalnız iqtisadi baxımdan deyil, Ankaranın mövqelərinin möhkəmləndirilməsi üçün geosiyasi müstəvidə də çox əhəmiyyətlidir.

Strateq.az